Gənclərin böyük əksəriyyəti gələcəkdə süni intellektlə bağlı peşələrin ön planda olacağını düşünür.

İndex.az xəbər verir ki, "Gələcək İş Gücünə Tələb Sorğu Hesabatı"na görə, gənclərin 73%i 10 il sonra süni intellekt mühəndisliyinin peşələr arasında birinci olacağını bildiriblər.

Məlumat analitikləri, rəqəmsal marketinq mütəxəssisləri və bərpa olunan enerji mütəxəssislərinin ən çox tələb olunan peşələrdə birinci yeri tutması gözlənilir.

İş dünyasının 74%-i işə qəbul zamanı ünsiyyət və əməkdaşlıq bacarıqlarına önəm verdiyini bildirib.