Dünyanın ən böyük çip istehsalçılarından olan "Intel"in balans hesabatı şirkətin gəlirlərinin ikinci rübdə azaldığını göstərib.
İndex.az xəbər verir ki, "Intel"in gəliri ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 1% azalaraq 12,8 milyard dollara düşüb.
Şirkət ötən ilin eyni dövründə 12,9 milyard dollar gəlir əldə etdiyini açıqlamışdı.
Bu dövrdə "Intel"in gəliri bazar gözləntilərini doğrultmadı.
Gözləntilər şirkətin gəlirinin 12,94 milyard dollar olacağı idi.
Keçən ilin ikinci rübündə 1,5 milyard dollar xalis mənfəət əldə edən "Intel", bu ilin eyni dövründə 1,6 milyard dollar zərər gördüyünü bildirib.
Çip istehsalçısının səhm başına itkisi eyni dövrdə 38 sent olub.
"Intel" ötən ilin ikinci rübündə səhm başına 35 sent mənfəət əldə etdiyini açıqlamışdı.
"Intel"in balans hesabatında, işçilərin sayının 15%-dən çox azaldılması da daxil olmaqla, xərclərin hərtərəfli azaldılmasının planlaşdırıldığı bildirilib.
