G7 ölkələri dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə 2025-ci ildə Ukraynaya 25,5 milyard dollar kredit verib.

İndex.az xəbər verir ki, Sputnik Ukrayna Maliyyə Nazirliyi və Avropa Komissiyasının məlumatlarını təhlil edərək G7 ölkələrinin öz ölkələrində dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə edərək Ukraynaya verdiyi kreditlərin məbləğini hesablayıb.

Keçən il G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə qarşılanması üçün Kiyev rejiminə təqribən 50 milyard dollar krediti təsdiqləyib. 2025-ci il oktyabrın 1-nə bu proqram çərçivəsində Ukraynaya 26,5 milyard dollar ayrılıb.

ABŞ bu proqram çərçivəsində Ukraynaya ilk kredit ayıraraq ötən ilin sonunda 1 milyard dollar verib. Lakin görünür, Vaşinqton o vaxtdan Kiyevə kredit verməkdən çəkinib.