G7 xarici işlər nazirləri Yaponiyanın sədrliyi ilə ölkənin Naqano əyalətinin Karuizava şəhərində görüşüblər.
İndex.az xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, nazirlərin görüşündə Ukraynaya hücumlarını davam etdirən Rusiyaya qarşı sanksiyaların vacibliyi vurğulanıb.
G7 ölkələri Ukraynaya hücumlarını davam etdirən Rusiyanın iqtisadi sanksiyalardan yayınmasının və Rusiyanın üçüncü dövlətlərdən hərbi yardım götürməsinin qarşısını almaq üçün əməkdaşlığın artırılması barədə razılığı gəliblər.
İclasda Rusiyaya qarşı cəza tədbirlərinin gücləndirilməsi və bu cəza tədbirlərinin tam və razılaşdırılmış şəkildə həyata keçirilməsi qeyd edilib.
