G7-nin maliyyə nazirləri makroiqtisadi və maliyyə sabitliyini qorumaq və təchizat zəncirinin müxtəlifliyini artırmaq üçün bir araya gəliblər.

İndex.az xəbər verir ki, ABŞ, Almaniya, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri ABŞ-ın paytaxtı Vaşinqtonda keçirdikləri görüşdən sonra birgə bəyanatla çıxış ediblər.

İclasda qlobal iqtisadi və maliyyə sektorunda baş verən son hadisələrin müzakirə edildiyi, bununla yanaşı makroiqtisadi və maliyyə sabitliyinin qorunub saxlanmasının vacibliyi diqqətə çatdırılıb.

Qlobal iqtisadi artımın gözlənildiyindən daha dayanıqlı olduğu qeyd edilərək, inflyasiyanın yüksək olaraq qaldığı və mərkəzi bankların qiymət sabitliyini qorumaqda qətiyyətli olduqları bildirilib.

Maliyyə sektorunda baş verən son hadisələrin qlobal iqtisadi mənzərə ilə bağlı qeyri-müəyyənlik yaratdığı, buna görə də, ayıq-sayıqlığa ehtiyacın olduğu vurğulanıb.

Maliyyə sisteminin dayanıqlığının müvafiq qurumların çevik reaksiyaları və həyata keçirilən tənzimləyici islahatlarla dəstəkləndiyi bildirilib.