FTX-nin keçmiş baş direktoru Bankman-Frid ona qarşı açılan “fırıldaqçılıq” işində təqsirli bilinib.

İndex.az xəbər verir ki, münsiflər heyəti, "Manhetten Federal Məhkəməsi"ndə bir aydır davam edən işdə FTX müştərilərinin 8 milyard dollardan çox pulunun itirildiyini və Bankman-Friedin bu pulu ört-basdır etdiyini, eləcədə FTX investorlarını aldatdığını iddia edərək hökm çıxardı.

Dörd saatdan çox müzakirə etdikdən sonra münsiflər heyəti keçmiş baş direktoru 7 cinayətdə, o cümlədən qiymətli kağız fırıldaqçılığı və çirkli pulların yuyulmasında günahkar bilib.

Bankmen-Fridin cəzasını hakim Lyuis Kaplan daha sonra müəyyən edəcək.