Meksikalı rəssam Frida Kahlonun 1940-cı ildə çəkdiyi avtoportret cümə axşamı günü 54,7 milyon dollara satılıb.
İndex.az xəbər verir ki, bu qadın rəssamın əsəri üçün ən yüksək hərrac qiyməti olub.
Kahlonun "El sueno (La cama)" tablosunun satışı 2014-cü ildə 44,4 milyon dollara satılan Corciya O'Kiffenin "Jimson Weed/White Flower No. 1" əsərinin rekordunu üstələyib.
