Fransada ABŞ-ın texnologiya nəhəngi "Apple"ə qarşı cihazların təmirini çətinləşdirdiyinə və planlaşdırılan nasazlıqlara görə istintaq açılıb.

İndex.az xəbər verir ki, Paris Prokurorluğdan bildirilib ki, 2022-ci ilin dekabrında "HOP Assosiasiyası" (Planlaşdırılan Disfunksiyanı Dayandır) tərəfindən "Apple"ə qarşı edilən şikayət əsasında, "Rəqabət, İstehlak və Fırıldaqlığın Qarşısının Alınması üzrə Baş Müdirliyinin (DGCCRF) Milli İstintaq Xidməti" tərəfindən hüquqi fəaliyyətə başlanılıb.

İddiada "Apple" cihaz hissələrinin təmirində onlarla müdaxilə etməkdə və icazəsiz xidmətlərin təmirini çətinləşdirən praktikaları diktə etməkdə günahlandırlır.

Şirkət avadanlıqları münasib qiymətə və vaxta görə istifadəçiyə təqdim etməməkdə ittiham olunur.

2020-ci ildə "Apple", istifadəçiləri aldatdığına görə Fransada açılan istintaqı bağlamaq üçün 25 milyon avro cərimə ödəmişdi.