Fransada prezident Emmanuel Makron erkən seçkilərin keçirilməsini tələb etdikdən sonra istiqrazlarda sərt satış dalğası davam edir.

İndex.az xəbər verir ki, Alman istiqrazlarına nisbətən Fransa istiqrazları üçün ödənilən məbləğ bir həftə ərzində 20 baza bəndi yüksəlib.

Erkən seçki çağırışından əlavə, Makronun siyasi zəifliyinə işarə edən sorğular da istiqraz satışına təkan verir.

"Elabe"nin apardığı sorğusuya görə, Makronu bəyənən seçicilərin nisbəti 2018-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.