Fransa hökuməti Martinikada başlayan etirazları yatırtmağa çalışır, çünki xalqın ərzaq qiymətlərinin aşağı salınması tələbləri yerinə yetirilmir.

İndex.az xəbər verir ki, Fransa hökumətinin adadakı nümayəndəsi Martinika Qubernatorluğu, 21 oktyabra qədər davam edəcəyi açıqlanan adada saat 00.00-05.00 arası komendant saatını 28 oktyabra qədər uzatdığını açıqladı.

Fransa mətbuatında yer alan xəbərlərə görə, yerli xalqı təmsil edən həmkarlar ittifaqları Fransa hökuməti ilə oktyabrın 17-də ərzaq qiymətlərinin endirilməsi ilə bağlı imzalanan müqavilənin şərtlərini kafi görməyən və elan etdiyi üçün yenidən küçələrə çıxan nümayişçilərə polis müdaxilə edib.

Oktyabrın 17-də Paris hökumətini təmsil edən Martinika qubernatoru Jan-Kristof Buvier, Martinika İcraiyyə Şurasının sədri Serj Letçimi, parlamentarilər və adadakı müxtəlif iqtisadi subyektlər arasında yaşayış səviyyəsinin yüksək olması ilə mübarizə tədbirlərini əhatə edən saziş imzalanıb. Razılaşma çərçivəsində Martinikdə ərzaq qiymətlərinin orta hesabla 20 faiz endirilməsi qərara alınıb.

Afrika-Karib Hövzəsi Xalqlarını və Resurslarını Müdafiə Birliyi (RPPRAC) razılaşmanın endirim istədikləri 40 min ərzaq məhsulunun yalnız 6 mini əhatə etdiyini bildirərək, aksiyalarını davam etdirmək qərarına gəlib.