ABŞ-ın “Ford Motor” şirkəti yaxın həftələrdə daha bir ixtisar mərhələsinə başlamağa hazırlaşır.
İndex.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumatlı mənbələrə istinadən yazır.
Məlumata görə, ixtisarlar gələn həftənin əvvəlində elan edilə bilər.
İlk növbədə bunun ABŞ-dan maaş alan işçilərə təsir edəcəyi gözlənilir. İşdən çıxarılması planlaşdırılan işçilərin sayı barədə məlumat verilmir.
“Ford” şirkətinin sözçüsü bildirib ki, şirkətin bununla bağlı elan edəcəyi heç nə yoxdur.
