"Ford" elektrikli avtomobil istehsal edə biləcəyi ilk müəssisəsinin açılışını edib.

İndex.az xəbər verir ki, "Ford" yeni nəsil elektrikli minik avtomobillərini istehsal edəcək yüksək texnologiyalı istehsal müəssisəsi olan "Köln Elektrikli Vasitə Mərkəzi"ni açıb.

"Ford" tərəfindən verilən məlumata görə, "Ford" ilk dəfə 1930-cu ildə qurulan tarixi fabrikini 2 milyard dollarlıq sərmayə ilə yenilədi və bu, Almaniyanın istehsal sektorunda ixtisaslı işçi qüvvəsinə və avtomobil istehsalının gələcəyinə verilən böyük bir dəstək oldu.

125 hektar ərazidə inşa edilmiş, ildə 250 mindən çox elektrik avtomobili istehsal etmək gücünə malik olan, yüksək səmərəlilik üçün nəzərdə tutulmuş yeni müəsisə yeni istehsal xətti, akkumulyatorların yığılması xətti, ən müasir alətlər və avtomatlaşdırma sistemləri ilə təchiz edilib.

"Mustang Mach-E", "E-Transit" və "F-150 Lightning"in uğurlarından sonra, "Ford"un dördüncü elektrikli avtomobili "Explorer", markanın Kölndə istehsal etdiyi ilk elektrikli idman krossoveri olacaq.