Azərbaycanın Mərkəzi Asiya blokuna qoşulması ABŞ və Avropa üçün yeni geosiyasi imkanlar açır.

İndex.az xəbər verir ki, bu barədə "Forbes" jurnalında dərc edilən məqalədə qeyd olunub.

Məqalədə vurğulanıb ki, bu blok Qərb ölkələri ilə əlaqələri gücləndirir, enerji, strateji minerallar və "Rusiya ilə Çini strateji cəhətdən cilovlamaq" sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Xüsusi diqqət Azərbaycanın enerji və nadir torpaq elementlərindəki strateji potensialına yönəldilib. "Forbes" qeyd edib ki, ölkə dünya sənayesi və regional iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyan neft, qaz və nadir torpaq metalları ehtiyatlarına malikdir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Azərbaycan "xam neft və təbii qazın böyük istehsalçısı kimi dünyada enerji baxımından özünü təminetmə göstəricisi ən yüksək olan ölkələrdən biridir".