"Fitch" ABŞ-ın uzunmüddətli kredit reytinqini gözlənilmədən endirib.

İndex.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" ABŞ-ın uzunmüddətli kredit reytinqini "AAA"dan "AA+"a endirib və proqnozu mənfidən sabitə dəyişib.

ABŞ-ın maliyyə naziri Canet Yellen "Fitch"in qərarı ilə qəti şəkildə razılaşmadığını bildirib.

"Fitch"in bəyanatında qeyd olunub ki, ABŞ-ın reytinqinin aşağı salınması yaxın 3 ildə gözlənilən maliyyə vəziyyətinin pisləşməsini, yüksək və artan ümumi dövlət borc yükünü və oxşar reytinqdəki digər ölkələr ilə müqayisədə idarəetmənin aşınmasını əks etdirir.