ABŞ-da bank böhranında adı çəkilən banklardan biri olan "First Republic"in səhmləri 30%-ə yaxın dəyər itirib.

İndex.az xəbər verir ki, bankın səhmləri dünən təxminən 50% ucuzlaşdığı halda, bu gün 30%-ə yaxın ucuzlaşaraq 5,66 dollara düşüb.

"First Republic Bank" səhmlərinin qiyməti ötən illə müqayisədə 90%-dən çox, bankın bazar dəyəri isə 1 milyard dollardan aşağı düşüb.

Nyu-York Fond Birjası qeyri-sabitliyə görə vaxtaşırı "First Republic"in birja ticarətini dayandırıb.

ABŞ mətbuatında yer alan xəbərlərdə bankın aktivlərini satmaq da daxil olmaqla müxtəlif variantları nəzərdən keçirdiyi bildirilir.