Finlandiyanın cənubunda azı üç şagird məktəbdə atışma nəticəsində yaralanıb, şübhəli şəxs polis tərəfindən saxlanılıb.
İndex.az bu barədə "Daily Mail"ə istinadən xəbər verir.
"Hazırkı məlumata görə, zərərçəkənlərin həyatına təhlükə yoxdur. Şübhəli şəxs həbs edilib, silahı müsadirə olunub", - polisin bəyanatında bildirilib.
Hüquq-mühafizə orqanları hadisənin araşdırılmasını davam etdirir.
