Finlandiya və Estoniya arasında təbii qaz kəməri təzyiqin qeyri-adi düşməsi səbəbindən bağlanıb.
İndex.az xəbər verir ki, Finlandiya tərəfindən verilən açıqlamada bildirilib ki, ölkənin təbii qaz təchizatı "Inkoo" və "Hamina" mayeləşdirilmiş təbii qaz terminalları vasitəsilə təmin edilib:
"Terminalların Finlandiyanın gələn qış da daxil olmaqla, qaz ehtiyacını təmin etmək gücü və imkanları var. Bazar iştirakçılarına lazım olan qaz təchizatını "Inkoo" və ya "Hamina" təbii qaz terminalları vasitəsilə təmin etmək tapşırılıb. Beləliklə, qış mövsümündə qaz təchizatının fasiləsizliyi təmin edilir”.
