2025-ci ildə yollarda olacağı açıqlanan "Ferrari"nin ilk elektromobilinin qiyməti bəlli olub.
İndex.az xəbər verir ki, "Reuters"in yaydığı məlumata görə, elektrikli "Ferrari"nin 500 min avroya satışa çıxarılması planlaşdırılır.
Daxili yanma mühərrikləri ilə tanınan İtaliya nəhənginin ilk elektromobili digər elektromobillərə nəzərən qat-qat baha olacaq.
