Bu gün saat 20:00-da Türkiyə Super Liqasının turnir cədvəlində qonşu olan “Fənərbaxça” və “Başakşəhər” 11-ci tur çərçivəsində qarşılaşacaq. Həmin oyunla bağlı proqnozumuzu təqdim edirik.
FƏNƏRBAXÇA
“Fənərbaxça” da bugünkü rəqib kimi 20 xal toplayıb və ikinci pillədə qərarlaşıb. Eyni zamanda, komanda "Adana Dəmirspor"dan 1 oyun az keçirərək, Montellanın komandasından cəmi 1 xal geri qalır.
“Fənərbaxça” güclü hücum xətti ilə seçilir. 9 matçda komanda 28 dəfə fərqlənib. Bu, Super Liqada ən yaxşı göstəricidir. Son turda səfərdə "Fənərbağça" "Ankaragücü"yə heç bir şans buraxmayıb - 3:0.
BAŞAKŞEHİR
“Başakşəhər” yalnız əlavə göstəricilərə görə “Fənərbağça”dan geri qalır və cədvəlin 3-cü pilləsində qərarlaşıb.
“Başakşəhər” “Fənər”dən fərqli olaraq, çox praqmatik futbolu ilə seçilir. Komanda keçirdiyi 9 oyunda 13 dəfə fərqlənib və 3 qol buraxıb. Son turda "Başakşəhər" doğma meydanda "İstanbulspor" üzərində "quru" qələbə qazanıb - 2:0.
PROQNOZ
Bugünkü oyunun qızğın keçəcəyi gözlənilir. Onu da qeyd etmək yerinə düşər ki, “Fənərbaxça” bütün turnirlərdə son 7 matçda doğma arenada məğlubedilməzdir. Üstəlik, “Fənər” bu görüşlərdə 24 dəfə fərqlənə bilib. Etibarlı müdafiəni də nəzərə alan “Başakşehər” üçün belə təzyiqlərin öhdəsindən gəlmək çətin olacaq.
Bizim proqnozumuz - qarşılıqlı qol. Misli.az bunu 1.70, Etopaz isə 1.62 əmsalla dəyərləndirir.
Mərc edərkən çempionatda 9 matçda cəmi 3 qol buraxan “Başahşehir”in çox praqmatik oyununu nəzərdən qaçırmaq olmaz. İkinci proqnozumuz – 2.5 ALT. Misli.az bunu 1.95, Etopaz isə 2.00 əmsalla qiymətləndirir.
BUKMEKERLƏR NƏ DEYİR?
Hər iki hissədə qollar – 1.45
Bu mərc komandalar arasında son 5 matçın dördündə qalib gəlib
İlk hissə 1.5 ALT – 1.50
"Başakşəhər"in son beş matçının dördündə ilk hissədə 1-dən çox qol vurulmayıb. Bununla yanaşı, “Fənər”in son oyunlarında 1-ci hissədə azı 1 qol vurulub.
Dəqiq hesab 2:0 – 8.50
Belə hesab "Fənərbağça"nın öz meydanında keçirdiyi son 5 matçdan 2-də qeydə alınıb.
