Bu həftə Asiya bazarlarında FED və Yaponiya Bankının (BOJ) faiz qərarları izlənilir.

İndex.az xəbər verir ki, ABŞ-ın məşğulluq hesabatın gözləniləndən daha güclü olması, Asiya-Sakit Okean bazarlarını qarışdırıb.

Yaponiyanın "Nikkei 225" birjası 0,19%, "Topix" birjası isə 0,38% bahalaşıb.

Bunun əksinə olaraq Cənubi Koreyanın "Kospi" birjası 1%, "Kosdaq" birjası isə 0,5% dəyər itirib.

Ayrı-ayrılıqda, Çin və Hindistanın may ayı inflyasiya rəqəmləri çərşənbə günü açıqlanacaq.

Avstraliya, Çin, Honq-Konq və Tayvan da daxil olmaqla bir neçə Asiya bazarı bu gün bağlı olub.