FED-in San-Fransisko üzrə prezidenti Meri Deyli və Riçmond üzrə prezidenti Tomas Barkin inflyasiyanın pik nöqtəsi və mərkəzi bankın tutmalı olduğu yol haqqında fərqli fikirlər səsləndiriblər.
İndex.az xəbər verir ki, FED-in San Fransisko prezidenti Meri Deyli bildirib ki, inflyasiyanın mərkəzi bankın 2%-lik hədəfinə çatması üçün hələ uzun bir yol var.
Meri Deyli bildirib ki, bu yalnız iqtisadiyyatın öz-özünə yavaşlaması ilə baş verə bilər:
"Gələcəyə nəzər salsaq görərik ki, inflyasiyanın aşağı düşməsi üçün pul siyasətinin daha da sərtləşdirilməsinə ehtiyac ola bilər".
FED-in Riçmond üzrə prezidenti Tomas Barkin isə inflyasiyanın pik nöqtəsini keçildiyini, lakin daha çox addım atılmalı olduqlarını bildirib.
