FED-in Minneapolis üzrə sədri Nil Kaşkari uçot dərəcələrinin uzun müddət sabit qalmalı olduğunu bildirib.

İndex.az xəbər verir ki, Kaşkari qatıldığı bir verilişdə açıqlama verərək ABŞ-da iqtisadiyyatın və əmək bazarının kifayət qədər güclü olduğunu, lakin bir çox insanın iqtisadiyyatın vəziyyətindən hələ də narazı qaldığını qeyd edib.

FED-in uçot dərəcələrini son 23 ilin ən yüksək səviyyəsi olan 5,25-5,5% aralığında saxlaması gözlənilsə də, faiz təyin edənlər inflyasiyanın 2%-lik hədəfə çatmaq yolunda olduğuna dair daha çox sübut istədiklərini deyirlər.