FED-in Minneapolis üzrə sədri Nil Kaşkari uçot dərəcələri ilə bağlı bir sıra açıqlamalar verib.
İndex.az xəbər verir ki, “Fox News” televiziyasına danışan Kaşkari bildirib ki, uçot dərəcələri ilə bağlı qərar vermək üçün daha çox məlumata ehtiyacları var.
“İqtisadiyyatın necə inkişaf etdiyini görmək üçün daha çox məlumata ehtiyacımız var. Ancaq heç bu da, kifayət deyil”.
Kaşkari bu müsahibədən əvvəl etdiyi çıxışda həddindən artıq sıxılma riskinin artığını bildirib.
Digər tərəfdən, FED bankların kredit menecerləri arasında sorğu keçirdikdən sonra məlum olub ki, sərt kredit şərtləri və zəif tələb tendensiyası üçüncü rübdə də davam edib.
