FED-in Riçmond üzrə sədri Tomas Barkin inflyasiya ilə bağlı bir sıra açıqlamalar verib.
FED-in Riçmond üzrə sədri Tomas Barkin ABŞ-da iyun ayında inflyasiyanın iqtisadiyyatda yumşaq eniş ehtimalını gücləndirdiyini ifadə edərək, inflyasiyanın dağıdıcı tənəzzül olmadan hədəf səviyyəsinə çata biləcəyinə diqqət çəkib:
"İnflyasiyanın tezliklə normallaşması və iqtisadiyyatın əlavə travmalardan qurtulması ilə bağlı ağlabatan ehtimal hələ də var. Keçən ayın inflyasiya məlumatları yaxşı idi və ümid edirəm ki, bu, bir işarədir. FED-in məqsədi tənəzzülə səbəb olmaq deyil, inflyasiyanı azaltmaqdır”.
