FED-in San Fransisko üzrə sədri Meri Deyli uçot dərəcələri ilə bağlı açıqlama verib.
İndex.az xəbər verir ki, Deylinin sözlərinə görə, 2%-lik inflyasiya istiqamətində çox irəliləyiş olarsa, FED-in uçot dərəcələrini daha da artırmasına ehtiyac qalmaya bilər.
Deyli qeyd edib ki, əmək bazarı və inflyasiyanın soyuması və ya maliyyə şərtlərinin sərt qalması halında siyasətçilər uçot dərəcələrini sabit saxlaya bilərlər.
"Əgər əmək bazarının durulduğunu və inflyasiyanın hədəfimizə qayıtdığını görməyə davam etsək, uçot dərəcələrini sabit saxlaya və siyasətin təsirlərinin işləməyə davam etməsinə icazə verə bilərik".
