"FED-in faiz dərəcələrini endirməsi üçün daha çox məlumat lazımdır".

İndex.az xəbər verir ki, bu sözləri FED-in Atlanta üzrə sədri Rafael Bostic söyləyib.

Bosticin sözlərinə görə, son iqtisadi məlumatlar 2%-lik inflyasiya hədəfinə qaytmaq üçün FED-də inamı artırıb.

Atlantada keçirilən tədbirlərdən birində danışan Bostic bildirib ki, inflyasiya ilə əmək bazarı arasındakı risk balansı eyni səviyyəyə yaxındır.

Bostic qeyd edib ki, FED uçot dərəcələrini çox erkən azaltmaq istəsə də, inflyasiyanın sürətləndiyi halda, dərəcələr yenidən artırılacağını söyləyib.