FED rəsmisi inflyasiyanın azalacağına əmin olduğunu bildirib.

İndex.az xəbər verir ki, FED-in Nyu York üzrə sədri Con Uilyams inflyasiyanın hələ də çox yüksək olduğunu, lakin hədəfə çatacağına inandığını bildirib.

Uilyams açıqlamasında, faiz endirimlərinin nə vaxt başlayacağını hələlik təxmin etmədiyini və məlumatlara görə qərar verəcəklərini qeyd edib.

Pul siyasətində düzəlişlər etməyə tələsməyəcəklərini ifadə edən Uilyams, inflyasiyanın bu il gözləniləndən yüksək olduğunu və ciddi irəliləyiş əldə edə bilməyəcəklərini ifadə etdi.