FED rəsmisi inflyasiyanın 5%-in üzərində saxlanılmasının tərəfdarıdır.
İndex.az xəbər verir ki, FED-in Atlanta üzrə sədri Rafael Bostic CNBC-yə müsahibəsində bildirib ki, faiz dərəcələrinin bir daha artırılmasının və daha sonra hələ də yüksək olan inflyasiyanın bir müddət 5%-in üzərində saxlanmasının tərəfdarıdır:
"Hələ görüləsi çox iş var və mən bunu etməyə hazıram. Əgər məlumatlar gözlədiyim kimi çıxsa, biz inflyasiyanı 5% səviyyəsində uzun müddət saxlaya bilərik".
FED rəsmilərinin mayın 2-3-də görüşəcəkləri zaman uçot dərəcəsini 25 bənd artıraraq hazırkı 4,75%-dən 5%-ə qaldıracaqları gözlənilir.
Onlar həmçinin qiymət təzyiqlərinin azaldığına dair sübutları izləyərkən fasilə siqnalı verə bilərlər.
Bostikin sözlərinə görə, ABŞ iqtisadiyyatında tənəzzül riskləri və bank sektorundakı son gərginliklər hələ də böyük problemlər yarada bilər.
