FED üzvü Mişel Bouman hazır ki, iqtisadi məlumatlar və gələcəkdə FED-in verəcəyi qərarlar haqqında bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, Boumanın sözlərinə görə, inflyasiyada hələ də yüksəliş riski görür və əmək bazarı güclü olaraq qaldığından sentyabr ayında faiz endirimi gözlənilmir.

Bouman bildirib ki, siyasət tənzimləmələrinin qiymətləndirilməsində ehtiyatlı yanaşmasını davam etdirəcək.

Onun fikrincə, ABŞ-ın maliyyə siyasəti, immiqrasiya və mənzil bazarındakı geosiyasi risklər bütün dünyada bahalaşmaya yol açacaq.