FED rəsmilərinin şərhlərindən sonra qızılın qiyməti ucuzlaşmağa başlayıb.

İndex.az xəbər verir ki, FED rəsmiləri Rafael Bostik və Ceyms Bullardın faizlərin qalxmağa davam etməsi ilə bağlı fikirlərini təkrar etməsindən sonra investorlar uçot dərəcələri ilə bağlı gözləntiləri qiymətləndirdikcə qızıl dəyər itirməyə davam edib.

Belə ki, hazırda qızılın unsiyası 1992 dollara satılır.

Bazarda uçot dərəcəsinin daha da artacağı gözləntiləri ənənəvi olaraq dolların əks istiqamətində hərəkət edən qızılın son günlərdəki gücünü zəiflədib.

Qiymətli metal son vaxtlar FED-in faiz artırma yolunun sona çatması gözləntiləri ilə yüksəlməyə başlamışdı.