FED-in gözlənildiyi kimi uçot dərəcələrini 25 baza bəndi artırmasından sonra Asiya-Sakit Okean regionu qarışıb.
İndex.az xəbər verir ki, Çinin fabrik fəaliyyətləri son 3 ayda ilk dəfə azaldığından, "Şenzen Komponent" indeksi 0,8% azalarkən, "Şanxay Kompozit" indeksi 0,41% artıb.
Honkonqun "Hang Seng" indeksi 1,07%, "Hang Seng Tech" indeksi isə 0,78% bahalaşıb.
Avstraliyanın ticarət profisiti mart ayında 15,27 milyard Avstraliya dollarına yüksəldiyi üçün "S&P/ASX 200" indeksi 0,16% azalıb.
Cənubi Koreyada "Kospi" 0,16% ucuzlaşarkən, "Kosdaq" cüzi yüksəlib.
Yapon bazarları cümə axşamı tətil üçün bağlı olub.
