FED-in faiz endirimi ilə bağlı qəti qərarlar verməməsi bahalaşan qızıl qiymətlırinə mənfi təsir göstərib.
İndex.az xəbər verir ki, qızıl həftənin ilk ticarət günündə bir unsiya üçün 2 min 660 dollara satılıb.
Ötən həftə ABŞ-da iqtisadi məlumatların qeyri-sabit olması FED-in uçot dərəcəsi ilə bağlı qərarını gecikdirdi.
Belə ki, bu məlumatlardan sonra FED-in bəzi üzvləri uçot dərəcələrini aşağı salmağın doğru olmadığını düşünür.
