ABŞ Federal Ehtiyat Sisteminin (FED) Filadelfiya şöbəsi may ayı üçün istehsal indeksi məlumatlarını açıqlayıb.
İndex.az xəbər verir ki, FED-in Filadelfiya şöbəsinin istehsal indeksi may ayında mənfi 10,4-lük göstərici ilə gözləntiləri üstələsə də, sektordakı sıxıntıların hələ də davam etdiyini göstərdi.
Bankın sorğusunun nəticələrinə görə, Filadelfiya şöbəsinin istehsal indeksi may ayında 20,9 bənd yüksələrək mənfi 10,4-ə çatıb.
Bazar gözləntiləri indeksin bu dövrdə mənfi 19,8 dəyər alması idi.
