ABŞ Federal Ehtiyat Sistemi, faiz qərarını açıqlayıb.
İndex.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi gözləntilərə uyğun olaraq uçot dərəcəsini 25 bənd artırıb.
Beləliklə uçot dərəcəsi 5-5,25% aralığına yüksəldilib.
Bu, 2022-ci ilin martından bəri ardıcıl 10-cu faiz artımıdır.
Qərar yekdilliklə qəbul edilib.
Bununla yanaşı uçot dərəcələri 2007-ci ilin avqustundan bəri ən yüksək səviyyəyə qalxıb.
Lakin FED faiz artımı dövrünün sona çatmış ola biləcəyinə işarə edib.
