ABŞ Federal Ehtiyat Sistemi (FED) maraqla gözlənilən faiz qərarını açıqlayıb.

İndex.az xəbər verir ki, gözləntilərə uyğun olaraq, FED siyasət faizini dəyişməyərək son 23 ilin ən yüksək səviyyəsində saxlayıb.

İnflyasiya proqnozu artarkən, bu il üçün faiz endirimi gözləntisi 3-dən 1-ə düşüb.

Qərardan sonra danışan Sədr Pauell, bu gün açıqlanan inflyasiya məlumatlarını "irəliləyiş" olaraq gördüklərini, lakin pul siyasətini yumşaltmaq üçün imkan verəcək güvənə sahib olmadıqlarını söyləyib.