ABŞ Federal Ehtiyat Sistemi (FED) "Twitter" məlumatlarında "Natural Language Processing" istifadə edərək kredit və maliyyə bazarı əhval-ruhiyyəsinin yeni ölçüsünü yaradıb.
İndex.az xəbər verir ki, FED mövzu ilə bağlı hesabatında bildirilib ki, "Twitter"in "Maliyyə Duyğu İndeksi"nin (TFSI) korporativ istiqraz marjaları, digər qiymət və sorğuya əsaslanan maliyyə vəziyyətini ölçən indekslər ilə uyğunluq təşkil edir.
Bundan əlavə indeksdə ABŞ-ın monetar siyasətində dəyişiklikləri proqnozlaşdırmağa kömək edən məlumatlar da yer alıb.
Federal Açıq Bazar Komitəsinin (FOMC) elanından bir gün əvvəl "Twitter" maliyyə əhval-ruhiyyəsinin pisləşməsini və məhdudlaşdırıcı pul siyasəti şoklarının miqyasını təxmin edə bilib.
