"Federal Açıq Bazar Komitəsi"nin mart iclasında FED rəsmilərinin ABŞ iqtisadiyyatının bank böhranına görə tənəzzülə uğradığını düşündüyünü göstərməsindən sonra Asiya-Sakit Okean bazarları yenidən qarışıb.
İndex.az xəbər verir ki, ABŞ-da "İstehlak Qiymətləri İndeksi" (İQİ) ötən aya nəzərən 0,1%, ötən ilə nəzərən 5%, əsas İQİ isə illik bazda 5,6% artıb.
Honkonqun "Hang Seng" indeksi 0,2%, "Hang Seng Tech" indeksi isə 0,74% ucuzlaşıb.
Çində "Şanxay Kompozit" indeksinin dəyəri 0,1%, "Şenzen Komponent" indeksinin dəyəri isə 0,67% azalıb.
Avstraliyanın "S&P/ASX 200" indeksi 0,16% ucuzlaşıb.
Digər tərəfdən, Cənubi Koreya bazarlarında "Kospi" 0,16%, "Kosdaq" isə 0,15% bahalaşıb.
"Wall Street"də "Dow Jones Industrial Average", ABŞ-ın inflyasiya hesabatından sonra əvvəlki qazancları silərək, dörd günlük artımdan sonra 0,11% geriləyib. "S&P 500" 0,41%, "Nasdaq Kompozit" isə 0,85% ucuzlaşıb.
