ABŞ Federal Ehtiyat Sistemi (FED) 2022-ci ildə əsas maliyyə probleminin inflyasiya olduğunu bildirdi.
İndex.az xəbər verir ki, FED-in keçən ilin oktyabr ayında təxminən 12 min adamın iştirakı ilə keçirdiyi sorğu nəticəsində hazırlanan "ABŞ Ev Təsərrüfatlarının İqtisadi Rifahı" hesabatı, maliyyə rifahında bir əvvəlki ilə nisbətən azalma olduğunu ortaya qoydu.
Hesabatda qeyd olunub ki, maddi vəziyyətinin yaxşı olduğunu deyənlərin nisbəti 2021-ci illə müqayisədə 5 bənd azalaraq 73% təşkil edib.
Bildirilib ki, bir il əvvələ nisbətən daha pis maliyyə vəziyyətində olduqlarını söyləyən böyüklərin nisbəti, 2014-cü ildən bəri ən yüksək səviyyəyə, 35%-ə çatıb.
