ABŞ "Federal Əmanətlərin Sığortalanması Korporasiyası" (FDIC) böyük bankların son bank uğursuzluqlarının yaratdığı xərcləri ödəməsini istəyir.
İndex.az xəbər verir ki, "Bloomberg"in yaydığı məlumata görə, son iflaslarda təqribən 23 milyard dollarlıq zərərlə üzləşən FDIC-in sözügedən xərclərin böyük bir hissəsini ABŞ-dakı böyük banklara yönəltməyi düşündüyü bildirilir.
Məlumatda qeyd olunub ki, hakimiyyət xərclərin böyük hissəsini daha böyük maliyyə institutlarına yönəltməklə kiçik banklara təzyiqi məhdudlaşdırmaq istəyir.
"JPMorgan Chase", "Bank of America" və "Wells Fargo" kimi bankların milyardlarla dollar ödəyə biləcəyinə diqqət çəkən FDIC, qiymətləndirmənin ölçüsünü və vaxtını təyin etmək üçün danışıqların ilkin mərhələdə olduğu qeyd edib.
FDIC sədri Martin Qruenberq, ABŞ Senatının "Bankçılıq, Mənzil və Şəhər İşləri Komitəsi"ndə son bank uğursuzluqları və federal tənzimləyici müdaxilə ilə bağlı dünənki dinləmədə "Silikon Vadisi Bankı"nın (SVB) müflisləşməsinin 128 milyard dollarlıq əmanət sığortası fonduna 20 milyard dollara başa gəldiyini söylədi.
“Signature Bank”ın dəyəri isə 2,5 milyard dollar qiymətləndirilir.
