"EA Sports", FC 24 oyununu neçə nəfərin yüklədiyini açıqlayıb.
İndex.az xəbər verir ki, "EA Sports"un verdiyi açıqlamaya görə, FC 24 buraxıldığı ilk həftədə 11,3 milyon insan tərəfindən endirilib.
"EA Sports FC Mobile" ilk gündə 2,2 milyon, ilk 10 gündə isə 11,2 milyon yükləməyə çatıb.
Yükləmə rəqəmlərini şərh edən "EA Sports" prezidenti Kam Veber bildirib ki, başlanğıcdan bir neçə gün sonra həm "EA Sports FC 24", həm də "FC Mobile"də bu qədər futbol azarkeşinin kluba qoşulması gözlənilmirdi:
"Milyonlarla oyunçumuzu qarşılamaqla yanaşı, FC 24-də yeni oyunçuların sayı ötən il ilə müqayisədə demək olar ki, 20% artıb. Biz dünyanın ən böyük oyununu qururuq. "EA Sports" vasitəsilə futbol ictimaiyyəti və biz yenidən başladıq".
