"Facebook" və "Instagram"ın çətir təşkilatı "Meta", abunə haqqı qarşılığında Avropadakı istifadəçilərinə "Facebook" və "Instagram"a reklamsız giriş təmin edəcəyini açıqlayıb.
İndex.az xəbər verir ki, şirkətdən verilən açıqlamada, noyabr ayından etibarən istifadəçilər ayda 9,99 avro ödəməklə internet vasitəsilə və ya ayda 12,99 avro ödəməklə "Apple" və “Android” mobil əməliyyat sistemləri vasitəsilə sosial media saytlarına abunə ola bilərlər.
Abunə xidmətləri Avropa İttifaqı, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə hər kəs üçün əlçatan olacaq.
Abunə proqramı Avropada istifadəçi məlumatlarının necə toplanması və istifadəsi ilə bağlı artan qaydalara cavab olaraq hazırlanmışdır.
