Kanada ilə "Meta" arasında gərginlik davam edir.

İndexx.az xəbər verir ki, "Meta" "Facebook" və "Instagram" platformalarından xəbər məzmununu silməyə başladı.

Bir müddət əvvəl "Meta" kanadalıların xəbər yayımçılarının linklərinə və xəbərlərinə girişini əngəlləməyə başladı.

Təbii ki, "Meta" bu qərarı özbaşına qəbul etməyib.

Kanadada qəbul edilən qərara görə, "Meta" son aylarda qəbul etdiyi qanun çərçivəsində naşirlərə ödəniş etməlidir.

Şirkət hökumətlə razılığa gələ bilmədiyi üçün "Facebook" və "Instagram" platformalarında xəbər paylaşımını bloklamaq qərarına gəlib.