Venesuelada ərzaq məhsullarındakı inflyasiya səviyyəsi 403%-ə çatıb.
İndex.az xəbər verir ki, "Global İndex"in araşdırmasına görə, siyahıda ikinci 274%-lik inflyasiya ilə Livan, üçüncü isə, 133%-lik inflyasiya ilə Argentinadır.
İndex.az ərzaq məhsullarında inflyasiyanın ən yüksək olduğu ölkələri sizə təqdim edir:
1. Venesuela: 403%
2. Livan: 274%
3. Argentina: 133%
4. Türkiyə: 75,14%
5. Misir: 71,4%
6. İran: 37,7%
7. Pakistan: 33,1%
8. Nigeriya: 29,34%
9. Macarıstan: 17,9%
10. Böyük Britaniya: 13,6%
