Ermənistanla Fələstin arasında diplomatik münasibətlərin qurulmasına dair sənəd imzalanıb.

İndex.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müvafiq kommünike Nyu-Yorkda keçirilən görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fələstinin Baş naziri Məhəmməd Mustafa tərəfindən imzalanıb.

Ermənistan iyun ayında Fələstin dövlətini tanıdığını elan edib.