Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May - Müstəqillik Gününə həsr olunan konsertdə çıxışı zamanı Xalq şairi Səməd Vurğunun şeirindən parça səsləndirib.

İndex.az xəbər verir ki, Türkiyə liderinin "Azərbaycan" şeirindəndən səsləndirdiyi iki bəndi təqdim edirik:

"El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana:

Hansı səmtə, hansı yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən!"