Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrini regionda qərarlarını diktə etmək üçün "Xəzər beşliyi"ni parçalamaq niyyətində olmaqda günahlandırıb.

İndex.az xəbər verir ki, İran Dövlət Televiziya və Radio Yayımları Korporasiyasına verdiyi müsahibədə Lavrov Qərbin Xəzər "beşliyi" ilə bağlı hərəkətlərinə diqqət çəkib.

Onun sözlərinə görə, Qərbin yanaşması müstəmləkə, neokolonial siyasətin tamamilə birmənalı davamıdır: "Bunun mahiyyəti ondan ibarət idi ki, Qərb həmişə başqalarının hesabına yaşamaq istəyib. Eyni şeyi Xəzər regionunda da görürük. Qərb indi öz planlarını hazırlayır, "Xəzər beşliyini" parçalamağa və Xəzəryanı dövlətlərin konsensusundan faydalanmayacaq qərarlar qəbul etməyə çalışır".