Ən böyük təyyarə qəzası keçirən aviaşirkət Fransanın "Air France" aviaşirkətidir.
İndex.az xəbər verir ki, "Global İndex"in araşdırmasına görə, "Air France" aviaşirkətinə məxsus təyyarələr tarix boyu 11 böyük təyyarə qəzası keçirib.
İndex.az ən çox təyyarə qəzası keçirən aviaşirkətləri sizə təqdim edir:
1. Air France (Fransa): 11 qəza
2. American Airlines (ABŞ): 11 qəza
3. Çin Hava Yolları (Çin): 9 qəza
4. Korean Air (Cənubi Koreya): 9 qəza
5. Pakistan Beynəlxalq Hava Yolları (Pakistan): 8 qəza
6. United Airlines (ABŞ): 7 qəza
7. Egyptair (Misir): 6 qəza
8. Efiopiya Hava Yolları (Efiopiya): 6
9. Thai Airways (Tayland): 6 qəza
10. American Eagle (ABŞ): 5 qəza
11. Continental Airlines (ABŞ): 5 qəza
12. Lufthansa (Almaniya): 5 qəza
