Ölkə ərazisində su sahəsinin böyüklüyünə görə Kanada ölkələr üzrə liderdir.

İndex.az xəbər verir ki, "Fact Protocol"un araşdırmasına görə, Kanada ərazisinin 891,163 kvadrat kilometri su ilə örtülüb.

İndex.az ən böyük su sahəsinə malik ölkələri sizə təqdim edir:

1. Kanada - 891 163 kv km

2. Rusiya - 720 500 kv km

3. ABŞ - 685 924 kv km

4. Hindistan - 314 070 kv km

5. Çin - 270 550 kv km

6. Braziliya - 157 630 kv km

7. İran - 116 600 kv km

8. Efiopiya - 104.300 kv km

9. Kolumbiya - 100 210 kv km

10. İndoneziya -93.000 kv km