Bu ilin yanvar-iyul aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,2% artaraq 1 milyard 244,6 milyon manat təşkil edib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövriyyənin 11 335,2 milyon manatı dövlət, 1 milyard 233,265 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9% və 8,2% çoxdur.

Özəl sektorda isə dövriyyənin 51,1%-i hüquqi şəxslərin, 48,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 9,6% artaraq 630,5 milyon manata çatıb.