"Expressbank" 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.
İndex.az xəbər verir ki, hesabata əsasən, bankın aktivləri bu ilin əvvəli ilə müqayisədə 61.533 milyon manat artaraq 498.489 milyon manata yüksəlib. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 436.956 milyon manat təşkil edib.
Bankın kredit portfelinin həcmi 360.310 milyon manat təşkil edib. İlin əvvəlində bank tərəfindən müştərilərə 297.084 milyon manat kredit verildiyini nəzərə alsaq, 63.226 milyon manatlıq artımın olduğunu görürük.
Kredit portfelinin strukturuna nəzər saldıqda məlum olur ki, istehlak kreditlərinin payı 185.340 milyon manat, biznes kreditlərinin payı 109.893 milyon manat, daşınmaz əmlak kreditlərinin payı isə 71.492 milyon manat təşkil edib.
Beləliklə, bankın kredit portfelinin 51%-dən çoxunu istehlak kreditləri təşkil edir.
3-cü rübün sonuna "Expressbank"ın depozit portfeli 194.126 milyon manata çatıb. İlin əvvəlində bu göstərici 193.107 milyon manat idi.
Hesabat dövrünün sonuna fiziki şəxslərin banka qoyduğu depozitlər 4.604 milyon manat azalaraq 146.634 milyon manat olub.
Cari ilin əvvəlində hüquqi şəxslərin banka qoyduğu depozitlər 41.870 milyon manat olduğu halda, 3-cü rübün sonunda bu göstərici 5.622 milyon manat artaraq 47.492 milyon manata yüksəlib.
Hesabatdan görünür ki, "Expressbank"ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində 67.473 milyon manatdan 103.950 milyon manata çatıb (36.477 milyon manat artım).
Bankın nizamnamə kapitalı dəyişməyib - 112.545 milyon manat təşkil edib.
Hesabat dövründə "Expressbank"ın faiz gəlirləri 42.218 milyon manat, faiz xərcləri isə 11.346 milyon manat təşkil edib.
"Azər-Türk Bank" mümkün zərərlər üçün 1.016 milyon manatlıq məqsədli ehtiyatlar yaradıb.
"Expressbank"ın əməliyyat mənfəəti 2023-cü ilin əvvəlində 13.136 milyon manat olduğu halda, 2023-cü ilin 3-cü rübündə 327 min manat artaraq 13.457 milyon manat təşkil edib.
Bankın dövr üzrə xalis mənfəəti 9.967 milyon manata yüksəlib.
"Expressbank"ın məcmu kapitalı isə 125.196 manat təşkil edib. Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinın qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı minimum 50 milyon manat təşkil etməlidir.
Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Bankın səhmlərinin 48,8%-i “Azenco Group”a, 21,6%-i “Enerqoservis” MMC-yə, 19,5%-i Hikmət Xammədova, 9,8%-i Hafiz Seyidova, 0,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.
